• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Gəncəliyev Xankəndidə ofis açır – Ermənilər həyəcanlandı

GÜNDƏM

06 Aprel 2021 | 22:26

Gəncəliyev Xankəndidə ofis açır – Ermənilər həyəcanlandı

“Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək. Hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir”, – Tural Gəncəliyev deyir.

Ermənilər Dağlıq Qarabağın Azərbaycanlı İcması İB-in sədri Tural Gəncəliyevin açıqlamasını müzakirəyə çıxarıblar. Bu kontekstdə "Politik am" saytının yazdıqları diqqət çəkir:

“Bir neçə həftə öncə Teleqram kanallarında Azərbaycanın Xankəndidə Bakının rəsmi nümayəndəsinin ofisi üçün bina istədiyi haqda xəbərlər yayılmışdı. Erməni tərəfi bunu inkar etdi, indi Tural Gəncəliyev yaxın dövrdə Xankəndidə ofisinin açılacağını elan edir. Erməni tərəfi yenə inkar edəcək, amma müharibə göstərdi ki, Azərbaycan indiyə qədər istədiyinə nail olur”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1991-ci ildə de-yure ləğv edilən Dağlıq Qarabağ inzibati ərazi bölgüsü 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiyası ilə de-fakto tarixə qovuşduğu üçün Tural Gəncəliyevin təmsil etdiyi ictimai birliyin adının dəyişdirilməsinə zərurət var. Təəssüf ki, millət vəkili hələ də bu barədə düşünmür.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026