• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Baş prokuror: Bəzi cinayətlərin açılmasında mətbuatın rolu var

CƏMİYYƏT

22 Iyul 2024 | 14:37 | Müəllif: Əli Hüseynov

Baş prokuror: Bəzi cinayətlərin açılmasında mətbuatın rolu var

Bəzi cinayətlərin açılmasında mətbuatın da öz töhfəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Baş Prokurorluqda bu gün keçirilən 2024-cü ilin birinci yarımilinin yekunlarına həsr olunmuş onlayn formatda keçirilən geniş kollegiya iclasında qeyd olunub.

     Baş prokuror  Kamran Əliyev öz çıxışında  22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilməsini xatırladaraq media nümayəndələrini təbrik edib və onlara səmərəli əməkdaşlığa görə təşəkkür edib:

    “Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR