• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Altın Kıran - 2024" təliminin açılış mərasimi keçirilib - FOTO

CƏMİYYƏT

21 Avqust 2024 | 14:17 | Müəllif: Əli Hüseynov

"Altın Kıran - 2024" təliminin açılış mərasimi keçirilib - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı şəhərində keçirilən "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təliminin avqustun 20-də açılış mərasimi keçirilib.

Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İştirakçı ölkələrin hərbi qulluqçularının qatıldığı tədbirdə ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.

Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Sonda beynəlxalq təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən birgə təlimdə dağlıq ərazilərdə kəşfiyyat əməliyyatlarının aparılması, qanunsuz silahlı birləşmələrin aşkarlanması və zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər məşq etdiriləcək, Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətən müharibəsi və digər uğurlu əməliyyatlarda əldə etdikləri real döyüş təcrübəsini qazaxıstanlı həmkarları ilə bölüşəcəklər.


"Altın Kıran - 2024" təliminin açılış mərasimi keçirilib - FOTO"Altın Kıran - 2024" təliminin açılış mərasimi keçirilib - FOTO"Altın Kıran - 2024" təliminin açılış mərasimi keçirilib - FOTO"Altın Kıran - 2024" təliminin açılış mərasimi keçirilib - FOTO"Altın Kıran - 2024" təliminin açılış mərasimi keçirilib - FOTO"Altın Kıran - 2024" təliminin açılış mərasimi keçirilib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026