• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib

CƏMİYYƏT

20 Sentyabr 2024 | 12:07

Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rüstəmov Tərlan Kamal oğlu dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin yaxınlarına məxsus evdə keçirilən vida mərasimindən sonra onun nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilərək dəfn olunub.

Qeyd edək ki, T.Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.

***

11:10

Bakının Qaradağ rayonun Lökbatan qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rüstəmov Tərlan Kamal oğlu ilə vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin yaxınlarına məxsus evdə keçirilən vida mərasimində ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, T.Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR