• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Batma təhlükəsi ilə üzləşən gənc xilas edildi

HADİSƏ

19 Avqust 2024 | 23:15 | Müəllif: Subhan Mahmudov

Batma təhlükəsi ilə üzləşən gənc xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1995-ci il təvəllüdlü Teyyubov Anar Mahir oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR