• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bayden bunun üçün 430 milyard dollar xərcləyəcək

DÜNYA

17 Avqust 2022 | 08:55 | Müəllif: Subhan Mahmudov

Bayden bunun üçün 430 milyard dollar xərcləyəcək

ABŞ prezidenti Co Bayden ölkədə inflyasiyanın azaldılmasına yönəlmiş 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan və Konqres tərəfindən təsdiq edilmiş tədbirlər paketini imzalayıb.

Tədbir Ağ Evin saytında yayımlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qanun layihəsi bir sıra tədbirləri, o cümlədən federal büdcə kəsirinin azaldılması, vətəndaşların səhiyyəyə xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizəni əhatə edir.

Bundan əlavə, iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir.

ABŞ hakimiyyəti bütün bu tədbirlərin gələcəkdə ölkədə inflyasiyanın azaldılmasına səbəb olacağını gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR