• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bayden Qəzzada atəşkəs prosesini dəyərləndirib

DÜNYA

03 Sentyabr 2024 | 12:12 | Müəllif: Əli Hüseynov

Bayden Qəzzada atəşkəs prosesini dəyərləndirib

ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandası ilə görüşündə Qəzzada atəşkəs prosesini və məhbusların azad edilməsi prosesinin növbəti addımlarını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden və vitse-prezident Kamala Harris Ağ Evdəki Situasiya Otağında milli təhlükəsizlik qrupu ilə görüş keçirib.

İsrail vətəndaşı olan 6 əsirin cəsədinin tapılmasından sonra keçirilən milli təhlükəsizlik toplantısında Qəzzada atəşkəs prosesinin növbəti addımları və əsirlərin azad edilməsi cəhdləri müzakirə edilib.

Görüşdə Qətər və Misirin vasitəçiliyi ilə aparılan atəşkəs danışıqlarının təfərrüatları və danışıqların gedişi ilə bağlı mövcud vəziyyət də hərtərəfli qiymətləndirilib.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026