Prezident Co Bayden Ukraynanın NATO üzvü olmaq istəklərini dəstəklədi, ancaq əlavə etdi ki, bu qərar tam Amerika Birləşmiş Ştatlarından asılı deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.
"Düşünürəm ki, NATO -da olmalısınız, amma bu, tək məndən asılı deyil ",- Ukrayna lideri Ağ Ev rəhbərinin Vaşinqtonda son görüşü zamanı söylədiyi sözləri sitat gətirib.
Baydenə cavabında Zelenski bildirib ki, bilirəm, cənab Prezident, ancaq qərarınız Ukrayna üçün NATO -ya gedən yolu daha da qısaldır.
2019-cu ilin fevral ayında Ukrayna Ali Radası Ukraynanın NATO-ya daxil olmaq üçün konstitusiyaya dəyişikliklərini təsdiqlədi. Ukrayna həmçinin geniş imkanlara malik NATO tərəfdaşı statusu aldı.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















