• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşdü - FOTO

SİYASƏT

12 Oktyabr 2021 | 21:22

Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Bakıvaxtı.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.

Nazirlər bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026