• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Baydenə sui-qəsd hazırlayan şəxs HƏBS EDİLDİ

DÜNYA

29 Yanvar 2022 | 23:18 | Müəllif: Subhan Mahmudov

Baydenə sui-qəsd hazırlayan şəxs HƏBS EDİLDİ

ABŞ-da prezident Co Baydeni öldürməklə hədələməkdə ittiham edilən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərində bildirilib.

Məlumata görə, saxlanılan Skott Merriman Tanrının ona Vaşinqtona getməyi və “millətin ürəyindəki ilanın başını kəsməyi” əmr etdiyini deyib.

Bundan əvvəl Kanzas polisi Məxfi Xidmətə müraciət edərək, bir nəfərin onlara qəribə zəngi barədə məlumat verib. Hüquq mühafizəçilərin sözlərinə görə, zəng edən şəxs prezidenti görmək, ona insanların ölkədəki parçalanmadan bezdiyini və buna görə Allaha müraciət etməli olduğunu demək istədiyini, buna görə Vaşinqtona yollandığını deyib.

Merriman həmçinin “Facebook” səhifəsində bir neçə hədələyici paylaşım edib.

O, Kanzasdan Merilendə gedərkən Gizli Xidmət əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində güllə ilə dolu daraq və hədəfi izləmək üçün optik boru aşkar edilib.

Merrimana qarşı cinayət işi açılıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026