• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Bayraktar” alan ölkələrin sayı 13-ə çatdı

DÜNYA

27 Oktyabr 2021 | 22:40 | Müəllif: Subhan Mahmudov

“Bayraktar” alan ölkələrin sayı 13-ə çatdı

Türkiyənin “Baykar” şirkəti daha bir ölkəyə “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkət rəsmi “Twitter” hesabında məlumat yayıb.

Şirkət PUA-nın ixrac edildiyi yeni ölkənin adını açıqlamayıb.

Açıqlamada qeyd olunur ki, yeni müqavilə “BayraktarTB2”nin ixrac edildiyi ölkələrin sayı 13-ə çatıb.

Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026