• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bazarda bu məhsulun qiyməti iki dəfə ARTDI

İQTİSADİYYAT

21 Aprel 2022 | 21:58 | Müəllif: Subhan Mahmudov

Bazarda bu məhsulun qiyməti iki dəfə ARTDI

Son ayyarım ərzində uşaq qidalarının qiyməti 2 dəfə artıb.

Bakıvaxtı.az xezerxeber.az-a istinadən bildirir ki, hazırda minimum 3 manata təklif olunan uşaq qidasının qiyməti 5-6 manat arasında dəyişir.

Əczsaçıların sözlərinə görə, uşaq qidalarında ilk dəfə artım 1 ay bundan öncə baş verib. Son 2 həftədə isə qiymət bir az da bahalaşıb.

Əczaçılar bildirir ki, qiymət  artımına müştərilər də sərt reaksiya verir.

Bəzi əcçazılar isə qiymət artımına səbəb kimi uşaq qidalarının daha çox xaricdən gətirilməsini göstərir. Xərclərin artmasının qiymətələrə təsir göstərdiyi bildirilir.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR