• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Milli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirildi - FOTOLAR

CƏMİYYƏT

23 Iyun 2023 | 20:18

Milli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirildi - FOTOLAR

İyunun 23-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Bu barədə Bakıvaxtı.az xəbər verir. Belə ki, əvvəlcə sözügedən tədbirdə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb: “Bu gün siz ömrünüzün ən rəngarəng dövrü olan qaynar tələbəlik illəri ilə vidalaşırsınız. Həmişə fəxr edək və qürur duyaq  ki, Ümummilli Liderimiz Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universiteti ailəsinin üzvləriyik və sizlər bu müqəddəs ali təhsil ocağından məzun olursunuz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə ölkədə elm və təhsilin inkişafı üçün atılan addımlar, yüksəkixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər dövlətimizin inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Siz bu hərəkatın ən yaxşı daşıyıcıları olacaqsınız”. 

Rektor vurğulayıb ki, bu tədris ilində 5000-dən çox tələbə BDU-dan məzun olur: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının övladlarına layiqli ali təhsil vermək, vətənimizin bəşəri elm və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ən uca missiyasını şərəflə yerinə yetirir”. 

Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib. 

Gənclər və idman naziri Fərid Qayıbov BDU-nun Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini deyib: "Siz qalib xalqın qalib gənclərisiz. Həyatınızın bu mərhələsini uğurla tamamlayıb növbəti mərhələyə qədəm qoyursunuz. Hər birinizə uğur olsun!". 

Ardınca isə BDU haqqında videoçarx nümayiş olunub. 

BDU İctimai Nəzarət Şurasının üzvü, millət vəkili Arzu Nağıyev, Xüsusi Təyinatlı Qüvvələrin komandanının müavini, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov, BDU Himayəçilər Şurasının üzvü, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli,  Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov (onlayn),  Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva, Biologiya fakültəsindən məzun olan İnci Kərimovanın atası Kərim Kərimov çıxışlarında məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar. 

Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub. 

Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 33 məzuna sertifikat və hədiyyələr təqdim edilib. Xatirə lövhəsinə ən yüksək ÜÖMG olan BDU tələbələrinin adları həkk edilib. 

Tədbirdə daha bir ilk yaşanıb. Eyni anda Məzun Günü keçirən BDU, İstanbul Texniki Universiteti və Azərbaycan Texniki Universiteti (AzTU) ortaq bağlantı yaradıblar. İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, BDU rektoru Elçin Babayev və AzTU rektoru Vilayət Vəliyev 3 universitetin məzunlarını təbrik edib, Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənəcəyini bildiriblər. 

Tədbir konsert proqramı ilə davam edib.

Gecənin ulduzları Xalq artistləri Röya Ayxan və Faiq Ağayev, Murad Arif, Ayaz Babayev, Natiq ritm grupu, "DarvishBand" grupu , "StarBand" grupu, DJ Orxan olub.

Xəyalə Rza


Milli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirildi - FOTOLARMilli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirildi - FOTOLARMilli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirildi - FOTOLARMilli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirildi - FOTOLARMilli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirildi - FOTOLARMilli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026