• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sabahdan temperatur 8 dərəcə düşür - XƏBƏRDARLIQ

CƏMİYYƏT

23 Iyul 2023 | 14:02 | Müəllif: Subhan Mahmudov

Sabahdan temperatur 8 dərəcə düşür - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 24-ü səhərdən 26-sı səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 24-ü axşamdan 25-i səhərədək yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enərək, 25-i gündüz saatlarında 25-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 24-ü axşamdan 26-sı axşamadək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026