• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Covid-19 yüksək qan təzyiqinə səbəb ola bilər

CƏMİYYƏT

22 Avqust 2023 | 12:18

Covid-19 yüksək qan təzyiqinə səbəb ola bilər

Covid-19-a yoluxanların yüksək təzyiqə tutulma ehtimalı daha yüksəkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu, ABŞ-da aparılan bir araşdırmada əksini tapıb.

“Hipertenziya” tibb jurnalının dərc etdiyi məlumata əsasən Covid-19 səbəbiylə xəstəxanaya yerləşdirilən hər 5 nəfərdən 1-də 6 ay sonra yüksək qan təzyiqi yaranıb.

Xəstəxanaya yerləşdirilməyən xəstələrdə bu nisbət 10-da 1-ə düşüb. Qrip kimi xəstəliklərlə müqayisədə Covid-19-un səbəb olduğu yüksək təzyiq nisbətinin olduqca yüksək olduğu təsbit edilib. Hətta Covid-19 olub xəstəxanaya yerləşdirilməyən insanların da digər xəstəliklərlə müqayisədə yüksək təzyiqə tutulma ehtimalının 50% daha çox olduğu bildirilib.

Covid-19-un bu təsiri mütəxəssisləri qorxudur. Xəstəliyin bütün dünya əhalisinin əhəmiyyətli bir hissəsini əhatə etdiyini nəzərə alsaq, yaxın gələcəkdə yüksək qan təzyiqi hallarında ciddi artım olacağı qorxuludur.

Bununla belə, mütəxəssislər Covid-19-un yüksək qan təzyiqinə necə səbəb olduğunu dəqiq bilmirlər.

Qeyd edək ki, araşdırmada koronavirusun ürək hüceyrələrinə təsir etdiyi və qan dövranını pozduğu irəli sürülüb. Covid-19-un səbəb olduğu böyrək pozğunluqlarının da bu vəziyyətdə təsir göstərə biləcəyi düşünülür.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR