• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Cavid Musayev: "Azərbaycan ilə Türkiyə informasiya məkanında..."

CƏMİYYƏT

23 Iyul 2023 | 11:48 | Müəllif: Subhan Mahmudov

Cavid Musayev: "Azərbaycan ilə Türkiyə informasiya məkanında..."

Şuşa Qlobal Media Forumu çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan "www.dhapress.com"un təqdimatı həyata keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyası Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Azərbaycan ilə Türkiyə daim birlikdə addımlayan, informasiya məkanında da biri-birinə dəstək olan dost və qardaş ölkələrdir. C.Musayev vurğulayıb ki, 44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyə Azərbaycana hərtərəfli dəstək göstərib. İnformasiya cəbhəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdrılmasında Türkiyə mediası böyük rol oynayıb.

C.Musayev qeyd edib ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu" ölkələrimiz arasında media əlaqələrinin möhkəmləndirilməsinə ciddi təkan verib.

"Bu xüsusda rəsmiləşən Ortaq Media Platforması Azərbaycan və Türkiyənin haqq səsinin bütün dünyaya çatdırılmasına şərait yaradıb. Azərbaycan və Türkiyə arasında bir sıra əməkdaşlıqlar mövcuddur və bu proses yüksələn xəttlə davam edir. İki ölkə arasında media sahəsində sıx əməkdaşlıq əlaqələri qurulur. Sevindirici haldır ki, Trend İnformasiya Agentliyi bu istiqamətdə çox böyük uğurlara imza atır. Yeni yaradılan "DHA press" bu əlaqələrin inkişafına növbəti töhfədir. Platforma Azərbaycan və Türkiyə xəbərlərinin, haqq səsimizin dünyaya çatdırılmasında mühim rol oynayacaq",- deyə C.Musayev qeyd edib.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumu çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan "www.dhapress.com"un üstünlüklərindən biri odur ki, ilk dəfə olaraq Azərbaycan xəbər lenti Türkiyənin nəhəng media portalında yerləşdirilir.


Cavid Musayev: "Azərbaycan ilə Türkiyə informasiya məkanında..."Cavid Musayev: "Azərbaycan ilə Türkiyə informasiya məkanında..."Cavid Musayev: "Azərbaycan ilə Türkiyə informasiya məkanında..."
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR