• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kamil Zeynallı məhkəməsindən DANIŞDI

CƏMİYYƏT

22 Avqust 2023 | 10:09

Kamil Zeynallı məhkəməsindən DANIŞDI

Xəbər verdiyimiz kimi, tanınmış fitness məşqçisi Kamil Zeynallıya qarşı dələduzluq hadisəsi baş verib. 

Bakıvaxtı.az xatırladır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tərtib edilən akta əsasən təqsirləndirilən şəxs Emil Ağayev etibardan sui-istifadə etməklə Ceyhun Baloğlanovun 58 min, idmançı Kamil Zeynallının isə 20 min manatını mənimsəyib. 

Məsələ ilə bağlı Kamil Zeynallı Bakıvaxtı.az-a açıqlama verib. Onun sözlərinə görə, məhkəmə prosesi bitməyib. 

"Hələ proses gedir. O bitməmiş nə isə danışmaq düz deyil. Məhkəmə bitəndən sonra geniş açıqlama verəcəm",-deyə məşqçi bildirib.

Qeyd edək ki, təqsirləndirilən Emil Ağayev yeddi nəfərə qarşı 300 min manat dələduzluq edib. O, zərərçəkmişlərə ev tikmək adı ilə söz versə də, sonradan yığılan məbləği mənimsəyib. Növbəti məhkəmə prosesi sentyabrın 25-nə təyin edilib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026