C vitamini qaynağı olan və qoxusuna görə ən çox sevilən qidalardan biri də limon suyudur.
Bakıvaxtı.az xəbər verir ki, limon suyunun faydalarını saymaqla bitməz. Prof. Dr. Canan Karatay hesab edir ki, bağırsaqların aktiv işləməsinə kömək edərək həzmi rahatlaşdıran limon suyu detoksu, müntəzəm olaraq istehlak edildikdə yağları yandırır. Onun sözlərinə görə, gün ərzində tez-tez tualetə gedə bilməyən insanlar üçün səhərlər acqarına və birbaşa olaraq qəbul edilə bilən limonlu su qarışığı ilə arıqlamaq üçün bədəndə yığılan ödem sidiklə atılır.
Maddələr mübadiləsinin sürətli işləməsinə kömək edən limon suyu, yağ yandırıcı təsiri ilə artıq yağlardan qısa müddətdə xilas olmağa kömək edir.
Limonlu suyun sağlamlıq baxımından faydalarını sadalayan Karatay qeyd edib ki, bu, qaraciyərin sevimli qarışıqlarından biridir.
- Qaraciyəri toksinlərdən təmizləməyə kömək edən limonlu su immuniteti gücləndirir.
-Metabolizma və həzm problemlərinin qarşısını alır.
- Tərkibindəki pektin lifi ilə də iştahı idarə edir.
Limonlu suyu hazərlamaq isə olduqsa asandır. Bunun üçün sizə 200 ml su və 1 limon lazım olacaq. Limonu suyun içinə sıxın, qəhvə qabına qoyun və qaynadın. İstəyirsinizsə, bu müddət ərzində limon qabığı da buraxıla bilər və hətta daha faydalı ola.
Qaynama prosesi bitdikdən sonra qarışığı isti halda istehlak etmək olar.
Nərgiz Məmmədli
















