• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bədənimiz niyə ağrıyır?

CƏMİYYƏT

13 Iyul 2023 | 16:44

Bədənimiz niyə ağrıyır?

İlin hər fəslində bədənimizin müxtəlif nahiyələrində bədən ağrılarına rast gəlirik. Adətən, bel, onurğa, ayaq, çiyin-boyun bölgəsində keyimə yaxud ağırlıq hiss edirik. Bəs bədən ağrısı nədir, niyə baş verir? 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, əslində yorğunluq olarak adlandırdığımız bədən ağrılarının əsl səbəbi başqadır. 

Demək olar ki, hər bir insan həyatının hansısa məqamında bədəninin bir və ya bir neçə yerində səbəbi dəqiq bilinməyən ağrılardan əziyyət çəkir. Bu ağrılar adətən daha sonrakı yaşlarda görünsə də, gənclərdə də müşahidə oluna bilər.

Alimlərin araşdırmasına əsasən, bu ağrıları yorğunluqla qarışdırmaq olmaz: "Adətən bədəndə ağrı olur və nəticədə zəiflik və yorğunluq hissi yaranır. Ağrı uzun müddət davam edir. Bu ağrıların dəqiq yerini və formasını təsvir etmək çətin ola bilər. İnsan bədəninin hər yerində ağrı hiss edə bilər. Bunun ən çox rast gəlinən səbəbləri arasında fibromiyalji və buna bənzər sindromlar ön plana çıxır".

Əgər həkim sizi müayinə etməyibsə və bəzi testlər nəticəsində bədəninizdə ciddi bir xəstəlik tapmayıbsa və siz hələ də özünüzü xəstə kimi hər yeri ağrıyan bir insan kimi görürsünüzsə, fibromiyaljidən şübhələnə bilərsiniz. Bəs fibromiyalji (əzələ revmatizmi) tam olaraq nədir? Əslində səbəbi tibbi olaraq bilinməyən bu xəstəlik adətən zehni və ya fiziki cəhətdən zəif olduğumuz zaman ortaya çıxan və aylarla, hətta illərlə davam edə bilən və bədənimizin bir çox yerində ağrı hiss etməmizə səbəb olan xroniki bir sindromdur. Xəstənin şikayəti bütün bədəndə ağrıdır və keçmir.

Qeyd edək ki, bu mövzuda aparılan tibbi araşdırmalar müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olub. Mütəxəssislərin bir qismi bunu bir yoluxucu xəstəliyin orqanizmdə vurduğu zərərin nəticəsi kimi görsə də, bəziləri bunun nevroloji səbəblərdən qaynaqlandığını iddia edirlər: "Bədəndəki bu ağrıların tibbi səbəbi dəqiq bilinmədiyi üçün hələlik qəti bir müalicə üsulu yoxdur. Ancaq bu sağalmaz xəstəlikdir və xəstələr bədbin olmamalıdırlar. Motivasiya və mənəviyyat bərpa üçün çox vacibdir. Xəstəliyinizə düzgün diaqnoz qoyula bilmirsə, həkimə müraciət etməli ola bilərsiniz. Çünki, həkimlər insanda xəstəlik tapmaya və özlərinə adamın ciddi bir xəstəliyi olmadığını deyə bilərlər. Bu, insanın tibb sahəsində özünə inamını sarsıda bilər. Çünki, hər tərəfinizdə ağrılar var və özünüzü pis hiss edirsiniz, amma həkim sizin bu ağrıları yaradacaq bir xəstəliyin olmadığını söyləyə bilər, sizə multivitamin və ağrıkəsici verib evinizə istirahətə göndərə bilər. Bu, bu xəstəliyi bir çox digər xəstəliklərdən fərqləndirən cəhətidir".

Xəyalə Rza


Bədənimiz niyə ağrıyır?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026