• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

BƏƏ Azərbaycanla sıx əməkdaşlıq edəcək - Sultan Əl Caber

SİYASƏT

04 Iyun 2024 | 12:31 | Müəllif: Subhan Mahmudov

BƏƏ Azərbaycanla sıx əməkdaşlıq edəcək - Sultan Əl Caber

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanla sıx əməkdaşlıq edəcək.

Bakıvaxtı.az bildirir ki, bu barədə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - "Caspian Power" sərgilərinin açılışında BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, COP28-in prezidenti Sultan Əhməd Əl Caber deyib.

"Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. BƏƏ hazırkı həmsədr olaraq həmkarlarımızla, COP29 Rəyasət Heyəti ilə qarşılıqlı fəaliyyət göstərməyə çox sıx əməkdaşlıq etməyə davam edəcək və bütün ölkələri, həmçinin maraqlı tərəfləri Dubayda keçirilən COP28-də əldə edilmiş misilsiz nəticələrə əsaslanaraq, COP29-un böyük uğur qazanmasını təmin etməyə çağırırıq", - o deyib./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026