• Bakı 11° C

    9.61 m/s

Bəhramın paylaşımına tarixçilərdən sərt reaksiya

CƏMİYYƏT

26 Sentyabr 2022 | 18:17

Bəhramın paylaşımına tarixçilərdən sərt reaksiya

Əməkdar artist Bəhram Bağırzadənin İrəvan xanlığı haqqında etdiyi paylaşım izləyicilər, xüsusən də, tarixçilər arasında birmənalı qarşılanmayıb.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, B. Bağırzadə Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) açıq məktub ünvanlayaraq bunları qeyd edib: 

"Hörmətli akademiklər, professorlar, alimlər! Sizə sualım var. AMEA-da İrəvan xanlığının tarixi ilə məşğul olan mütəxəssislər varmı? Əgər İrəvan xanlığını azərbaycanlılar yaradıbsa (buna isə heç kimin şübhəsi yoxdur) və azərbaycanlılar bu ərazidə torpaq becərmiş, şəhərlər, məscidlər, saraylar, mədrəsələr, karvansaraylar, hamamlar, bazarlar, ilk dram teatrı və s. yaratmışlarsa, bəs nə üçün hələ də bu mövzuda fundamental və elmi-tədris işlər yoxdur?

Nə üçün indiyədək İrəvan xanlığına həsr olunmuş heç bir sənədli və ya bədii film çəkməmişik? Niyə bizim ölkə vətəndaşları bilmir ki, AMEA-dan kimlərsə məqalə yazıb, müdafiə olunduqdan sonra elmi dərəcə alıb? Bəlkə buna vaxtımız, həvəsimiz yoxdursa, bu əsərləri xarici alimlərə sifariş verək? Üstəlik, dünyada bu mövzuda tarixi sənədlərin və fotomaterialların saxlanıldığı bir çox arxivlər var! Biz İrəvan şəhərinə iddia etmirik, xüsusən də ona görə ki, bu şəhər başqa ölkənin paytaxtıdır, sadəcə olaraq tarixi ədaləti bərpa etməli, İrəvan xanlığını kimin, necə və nə vaxt yaratdığını vətəndaşlarımıza və bütün dünyaya çatdırmalıyıq!".

Əməkdar artistin sözügedən paylaşımına izləyicilər və tarixçilərdən reaksiya gecikməyib.

"Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov feysbukda paylaşıma cavab olaraq "AMEA elm məbədidir, şou məkanı deyil", - deyə, vurğulayıb:

"AMEA-nın Tarix İnstutu ilə illərdir ki, əməkdaşlıq edirəm və İrəvan xanlığı ilə bağlı çox ciddi, dərin tədqiqatlar aparılır, kitablar çıxır. Nəticələri də dövlət siyasətimiz üçün bariz rolunu oynayır".

Tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev isə feysbuk hesabında bu sözləri bildirib:

"Onun xəbəri yoxdurmu bu haqda onlarla kitab yazılıb? Yoxdursa, o zaman ciddi problem var".

Türkiyənin Anadolu Agentliyinin Bakı müxbiri Ruslan Rəhimov isə "Mənə müraciət etsin, kitabxanamdan bir neçə kitab verim oxusun", - deyə, əlavə edib.

Həmçinin bir çox izləyicilər şərh bölməsində İrəvan xanlığı ilə bağlı kifayət qədər kitab yazıldığını, sadəcə Bağırzadənin bundan xəbərsiz olduğunu qeyd edərək Əməkdar artistin paylaşımını yersiz hesab ediblər.


SON XƏBƏRLƏR

26 Noyabr 2022