• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Motosiklet qəzalarının sayı artır

CƏMİYYƏT

26 Oktyabr 2022 | 17:25 | Müəllif: Qalib İbrahimoğlu

Motosiklet qəzalarının sayı artır

Son illər paytaxtda motosiklet, moped və skuter sürənlərin sayının artması ilə bərabər yol qəzaları da çoxalıb.

Bakıvaxtı.az-ın məlumatına görə, təkcə sentyabr ayı ərzində Bakıda motosiklet, moped və skuter qəzalarının sayı artır. Son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində yaralanan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Yaralılardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. 49 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Yaralılardan 24-ü motosiklet, 7-si moped, 23-ü isə skuter qəzasından gəlib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən təbliğat üzrə inspektor, polis leytenantı Rüstəm Əhmədli Bakıvaxtı.az-a bildirib ki, mütəmadi nəzarət, profilaktik tədbirlər keçirilir, maarifləndirici söhbətlər aparılır: “Məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyini və onların vaxtında mənzil başına çatmasına köməklik göstərməkdir. Bildirmək istəyirik ki, bir çox hallarda moto idarə edən şəxslər tərəfindən də yol hərəkət qaydaları kobud şəkildə pozulur və bu, digər hərəkət iştirakçılarının narazılığına gətirib çıxarır”.

R.Əhmədli bu növ vasitələrindən idarə edən şəxslərə müraciət edərək hərəkət iştirakçısı kimi digər vətəndaşların da hüquqlarına hörmətlə yanaşmağa və yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb: “Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yol-patrul xidməti əməkdaşları tərəfindən hərəkətin digər iştirakçıları qismində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçıları qismində məsuliyyət daşıyırlar.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR