Belarus Ukrayna ilə sərhədə 4 min hərbçisini yerləşdirib.
Bakıvaxtı.az Ukranews.com-a istinadən xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Aleksandr Motuzyanik deyib.
“Brest və Qomel vilayətlərinin sərhədində 7 taktiki batalyon, təxminən 3,5- 4 minlik şəxsi heyət toplaşıb. Amma orada sayını açıqlamayacağım miqdarda Rusiya qüvvələri də var”, - o deyib.
Nazir Rusiyanın qısa zamanda Belarusa əlavə qüvvə göndərə biləcəyini də qeyd edib.
















