Belçikada daşqınlar nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belçikanın Federal Böhran Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 163 nəfər itkin düşüb. Xilasedici əməliyyatlar dayandırılsa da, hazırda axtarışlar davam etdirilir. Məlumata görə, yeni daşqın təhlükəsi yoxdur.
















