• Bakı 25° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Gürcüstanda rekord yoluxma

DÜNYA

17 Avqust 2021 | 19:06 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda rekord yoluxma

Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayında rekord qeydə alınıb - 6 208 nəfər.

Bakıvaxtı.az xarici mətbuata istinadən məlumat verir ki, hökumət koronavirusla mübarizə səylərini dəstəkləmək üçün ölkənin Müdafiə Nazirliyinin resurslarını səfərbər edib.

Hərbçilər Tbilisinin iki rayonunda (Diqomi və Samqori) səhra xəstəxanaları quraşdırıblar.

Qeyd edək ki, avqustun 10-da Gürcüstanda gündəlik ölüm sayında rekord qeydə alınıb - 54 nəfər.

Ölkədə 245 207 nəfər (əhalinin 6,58 %-i) peyvəndin hər iki dozasını vurdurub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026