• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Taliban mübahisə etdi və iki düşmən düşərgəsinə bölündü

DÜNYA

16 Sentyabr 2021 | 16:53

Taliban mübahisə etdi və iki düşmən düşərgəsinə bölündü

Əfqanıstanda müvəqqəti hökumət qurulduqdan sonra "Taliban" liderləri arasında ciddi mübahisə olub.

Bakıvaxtı.az xəbər verir ki, prezident sarayında baş verən mübahisə "Taliban"ı iki qrupa ayırıb.

Mənbələrə görə, görüş zamanı hərəkatın qurucularından biri, Baş nazirin müavini Əbdül Qani Baradar Qaçqınların işi üzrə nazir və Haqqani Şəbəkəsinin nümayəndəsi Xəlil Rəhman Haqqani ilə mübahisə edib. Hər birinin tərəfdarları da yaranmış mübahisəyə qoşulub.

Baradarın yeni hökumətin tərkibindən narazı olduğu və taliblərin iqtidara özü də daxil olmaqla diplomatiya ilə məşğul olanlar sayəsində gəldiyinə inandığı aydın olub. O, ABŞ Prezidenti ilə danışıqlar aparan ilk "Taliban" nümayəndəsi olub. Belə ki, Baradar 2020 -ci ildə Donald Trampla telefonla danışığı aparaq Amerika qoşunlarının Əfqanıstandan çıxarılması haqqında müqavilə nail olub.

Haqqani Şəbəkəsinin üzvləri isə hərbi uğurlarının həlledici rol oynadığını hesab edirlər. Əfqanıstan qüvvələrinə və onların Qərb müttəfiqlərinə qarşı qanlı hücumların həyata keçirən məhz onlar olub.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026