• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bəraət alan şəxslə bağlı protest verildi - HƏBS EDİLDİ

CƏMİYYƏT

04 Aprel 2023 | 12:16

Bəraət alan şəxslə bağlı protest verildi - HƏBS EDİLDİ

Füzulidə narkotik maddələrin satışı və gənclər arasında təbliği ilə məşğul olan şəxs həbs edilib.

Bakıvaxtı.az  xəbər verir ki, bir müddət əvvəl Rüstəmov Mircəfər Mircavan oğlu barəsində Füzuli Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (narkotik əldə etmə, hazırlama, satma) istintaq aparılıb.

Füzuli Rayon Məhkəməsi tərəfindən ona bəraət hökmü verilib. Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinə hökmdən protest verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Mircəfər Rüstəmov barəsində cinayət işi üzrə bəraət hökmündən verilmiş protest Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib: “Birinci instansiya məhkəməsinin bəraət hökmü ləğv edilib və şəxs 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə məhkəmə zalından həbs olunub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026