• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şirkətin vəzifəli şəxsi intihara cəhd etdi

CƏMİYYƏT

04 May 2023 | 12:13

Şirkətin vəzifəli şəxsi intihara cəhd etdi

Bakıda vəzifəli şəxs intihara cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib. “Yapsan” MMC-nin direktor müavini, 1982-ci il təvəllüdlü R.Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şirinovun rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.

Araşdırmalar davam etdirilir. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026