• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bərdədə DƏHŞƏT: Həmyerlilərini güllələyən şəxs saxlanıldı - YENİLƏNİB

HADİSƏ

31 Oktyabr 2022 | 17:14 | Müəllif: Subhan Mahmudov

Bərdədə DƏHŞƏT: Həmyerlilərini güllələyən şəxs saxlanıldı - YENİLƏNİB

Bərdədə kafedə həmyerlilərini güllələyən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupununun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı məlumat verib.

O qeyd edib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Rəcəb Məmmədovun yeri müəyyən edilərək saxlanılıb və ondan istifadə etdiyi ov tüfəngi də götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

14:06

Bərdədə kafedə kənd sakini iki nəfəri güllələyib.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Balaqəjər kəndində qeydə alınıb. Kənd sakini 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı ov tüfəngi ilə həmkəndliləri Sərxan Əsədovu və kafenin sahibi Eldar Mamedova ov tüfəngindən atəşə açıb.

Nəticədə ağır yaralanan kənd sakinləri Bərdə rayon mərkəzi xəstəxanasında çatdırılıb.

Hazırda vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026