• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bərdədə narkotacir həbs edildi

HADİSƏ

08 Fevral 2022 | 10:26

Bərdədə narkotacir həbs edildi

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs həbs edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 588 saylı qəsəbədə yaşayan Elvin Sadıqov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda metamfetamin, heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Sadıqov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR