• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bərdədə yas mərasimində yaralanan şəxs hələ də komadadır

HADİSƏ

07 Dekabr 2023 | 20:42

Bərdədə yas mərasimində yaralanan şəxs hələ də komadadır

Bərdədə yas mərasimi zamanı baş verən bədbəxt hadisədə xəsarət alan şəxslərdən biri Aidə Novruz qızı Abdullayeva hələ də reanimasiyadadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat verib.

Bildirilib ki, bədbəxt hadisə zamanı ağır xəsarət alan Aidə Abdullayeva ilk olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra onu Gəncə şəhərindəki ixtisaslaşmış xəstəxanalardan birinə köçürüblər. Orada ətraflı müayinələr aparıldıqdan sonra o, yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına qaytarılıb. Hələ də komada olan şəxs hazırda reanimasiyadadır.

Qeyd edək ki, noyabr ayının 23-də Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimi zamanı evin ikinci mərtəbəsinin döşəməsi çöküb. Hadisə nəticəsində bir nəfər - Sarıtel Abbasəli qızı Məmmədova dünyasını dəyişib, 30-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan Aidə Novruz qızı Abdullayeva ağır xəsarət alıb.


SON XƏBƏRLƏR

08 May 2025