ABŞ və Ukrayna arasında Berlində aparılan danışıqlar çətin keçib və Amerika tərəfi sülh müqaviləsi layihəsi üzrə güzəştə getmək istəməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, danışıqlar beş saat davam edib və bazar ertəsi günü də davam edəcək. Avropa və Ukrayna rəsmilərinin sözlərinə görə, Kiyev üçün təhlükəsizlik zəmanətləri müzakirə olunacaq. Böyük Britaniya, Fransa və digər Avropa ölkələri qoşunların potensial yerləşdirilməsi də daxil olmaqla, göstərməyə hazır olduqları yardımı əks etdirən ətraflı planlar hazırlayıblar.
WSJ-nin məlumatına görə, Vaşinqton hələ hansı yardımı göstərməyə hazır olduğu ilə bağlı qərar verməyib.
Bakı 



