• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Xalq artisti bəstəkarları hədəfə aldı: “Yaradıcılığımı bilmirlər”

MƏDƏNİYYƏT-ŞOU

17 Aprel 2024 | 13:00

Xalq artisti bəstəkarları hədəfə aldı: “Yaradıcılığımı bilmirlər”

“Əvvəllər bəstəkarlar mahnını müğənni üçün yazırdılar. Onun səsinə, səsinin rənginə düşünülmüş musiqilər bəstələnirdi”.

Baxıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva “Söhbət var” verilişində deyib.

Sənətçi müasir müğənni və bəstəkarlardan gileylənib:

“Bu dəqiqə “Telegram”ımda 100-dən çox mahnı var. Bəstəkarlar göndəriblər. Onlar bəlkə də, mənim yaradıcılığımla maraqlanmayıblar, bilmirlər. Elə mahnılar göndəriblər ki... Utanıram da deməyə ki, “ay balam, bir bax gör, o mahnılar mənim səsimə gedir?”

“Əslində gənclərlə işləməyi sevirəm. Onlarda dünya ilə bağlı yaxşı informasiyalar var. Amma baxır nədə. Zamanın nəbzini tutmaq lazımdır. Qəbul edirəm ki, mənim repertuarımda istəmədiyim mahnılar da olub.  İstəmədən oxumuşam. Kiməsə xatir”, - deyə o əlavə edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

29 Aprel 2024