• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Beyin funksiyasını yaxşılaşdırmağın yolu

CƏMİYYƏT

04 Mart 2024 | 12:29

Beyin funksiyasını yaxşılaşdırmağın yolu

Gündəlik lif qəbulu beyin funksiyasını yaxşılaşdırır.

Bakıvaxtı.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə alimlərin tədqiqatının nəticələrində qeyd edilib.

Belə ki, tədqiqatda 12 həftə ərzində ya plasebo, ya da yüksək lifli pəhriz əlavəsi qəbul edən 60 yaşdan yuxarı 36 cüt əkiz iştirak edib. Eyni zamanda, bütün könüllülər əzələ fəaliyyətini yaxşılaşdırmaq üçün fiziki məşqlər edib və protein əlavələri qəbul ediblər.

Məlum olub ki, lif əlavəsi iştirakçıların bağırsaq mikrobiomunun tərkibində əhəmiyyətli dəyişikliklərə, xüsusən də bifidobakteriyalar kimi faydalı bakteriyaların sayının artmasına səbəb olub.

Qruplar arasında əzələ gücündə əhəmiyyətli fərq olmasa da, lif əlavəsini qəbul edən qrup koqnitiv beyin funksiyasını qiymətləndirən testlərdə, həmçinin reaksiya vaxtı və məlumatların işlənməsi testlərində daha yaxşı nəticə göstərib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026