• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bəylə gəlin toyda nağarada çaldı - VİDEO

CƏMİYYƏT

03 Fevral 2022 | 14:24

Bəylə gəlin toyda nağarada çaldı - VİDEO

Xalq artisti Alim Qasımovun nəvəsi Fatimənin toyunda qonaqlar üçün mahnılar səsləndirib.

Bakıvaxtı.az xəbər verir ki, xanəndə "Qal sənə qurban" mahnısını oxuyub. Həmin an zala böyük nağara gətirilib. Xalq artisti Natiq Şirinov, oğlu Ümid və Fatimə onun üçün nağarada ifa edib.

Həmin görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Fatimə Natiq Şirinovun oğlu Ümidlə ailə qurub. Fatimə həmçinin Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid və Fatimənin qız toyu ötən həftə olub.

Natiq Şirinov isə oğluna iki gün toy edəcək. İlk məclis ötən gün gerçəkləşib. Buna səbəb pandemiya qaydalarına görə məclisdə 150 nəfərdən çox qonağın olmamasına icazə verilməməsidir. (axsam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026