• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu gün Xarkovdan Polşaya 200-dək azərbaycanlı təxliyə ediləcək

CƏMİYYƏT

05 Mart 2022 | 11:52

Bu gün Xarkovdan Polşaya 200-dək azərbaycanlı təxliyə ediləcək

“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, ötən gün təxminən 100 nəfər Ukraynadan Polşaya keçib:

“Ümumilikdə, Ukraynada baş verən proseslərlə əlaqədar olaraq Polşaya təxliyə olunan azərbaycanlıların sayı 700-ə yaxınlaşıb. Hazırda Polşa sərhədində gözləyən vətəndaşlarımızın sayı da az deyil. Mərhələli şəkildə Polşaya təxliyə olunmağı gözləyirlər.

Dünən aldığım məlumata görə 200-ə yaxın azərbaycanlı Lvova tərəf gəlib. Orada sərhədi keçən soydaşlarımızın sayı barədə hələ məlumat yoxdur. Çünki sərhəddə insanların sayı kifayət qədər çoxdur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026