• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Qubada torpaq sürüşdü

CƏMİYYƏT

04 Aprel 2022 | 09:51 | Müəllif: Qalib İbrahimoğlu

Qubada torpaq sürüşdü

Quba rayonunda torpaq sürüşməsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.

Ötən gün səhər saatlarında başlayan torpaq sürüşməsini yaxınlıqda yaşayan kənd sakinləri müşahidə edib və aidiyyatı qurumlara məlumat verilib.

Quba rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, RİH-nin başçısı Ziyəddin Əliyev müvafiq qurumların əməkdaşları ilə hadisə yerinə baxış keçirib.

Torpaq sürüşməsi 1 hektar ərazisini əhatə edir və sürüşmənin aktivliyi azalıb. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrdə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.

Əraziyə mütəmadi baxış keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026