• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ramazan ayının vazkeçilməzi - Bazarda xurma neçəyədir? - VİDEO

CƏMİYYƏT

03 Aprel 2022 | 20:40 | Müəllif: Qalib İbrahimoğlu

Ramazan ayının vazkeçilməzi - Bazarda xurma neçəyədir? - VİDEO

Dadı özünəməxsus, bol enerjili, faydası çox, tərkibi minerallarla zəngin... Özü də Ramazan ayının simvollarından biri. 11 ayın sultanı olan Ramazanda iftar və sahur süfrələrinin vazkeçilməzi. Söhbət əlbəttə ki, xurmadan gedir.

Bakıvaxtı.az xəbər verir k, Ramazan ayında ən çox tələbatın olduğu meyvələrdən biri də xurmadır. Bu məhsula bazarda müxtəlif çeşid və qiymətlərdə rast gəlinir.

Paytaxt bazarlarında hər qiymətə və hər keyfiyyətdə xurma tapmaq mümkündür. Bir kilosunu 60 manata təklif edənlər də var.

Satıcılar deyirlər ki, qiymətlər xurmanın növünə və gətirildikləri ölkələrə görə dəyişir. Bununla yanaşı, xurmanın ölçüsü də qiymətinə təsir edir.

Qeyd edək ki, gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etmələri onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir. Xurma bədəni və zehni gücləndirir, damar qalınlaşması və xolesterinə qarşı qoruyucu rol oynayır, böyrək iltihabına və daşlardan təmizlənməsinə müsbət təsir göstərir (Xezerxeber). Xurma istehlakı, həmçinin dərini qidalandırır, günəş ləkələrini yox edir, qanda şəkərin miqdarını tənzimləyir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026