Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
Bakıvaxtı.az-ın GHN-ə istinadən məlumtına görə, Agentliyin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində vətəndaş Quliyev Fəxrəddin Həmid oğlu tərəfindən tikintisi aparılan doqquzmərtəbəli yaşayış binasına müvafiq icazəverici sənədləri olmadan əlavə olunan qeyri-yaşayış sahəsinin tikintisinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.


















