• Bakı 18° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

“Veysəloğlu” ilə bağlı qərar verildi

CƏMİYYƏT

05 Mart 2022 | 11:32 | Müəllif: Qalib İbrahimoğlu

“Veysəloğlu” ilə bağlı qərar verildi

Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Veysəloğlu” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılıb.

Dövlət Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, işəbaxma zamanı MMC tələb olunan sənəd və məlumatları tam həcmdə təqdim edərək gecikmənin səbəbini şirkətdə yaranan texniki problemlərlə əlaqələndirib.

“Veysəloğlu” MMC bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürüb və qaldırılmış işə xitam verilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026