• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Beyləqanda 4 nəfərin QƏTLİ: Hərəsinə iki güllə vurulub - TƏFƏRRÜAT

HADİSƏ

03 Dekabr 2022 | 10:38

Beyləqanda 4 nəfərin QƏTLİ: Hərəsinə iki güllə vurulub - TƏFƏRRÜAT

Beyləqan rayonunda bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, ailələr arasında 2010-cu ildən ədavət olub.

Belə ki, F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ailələr arasında münasibətlər daha da pisləşib.

Dekabrın 2-də F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Hazırda istintaq davam edir.


SON XƏBƏRLƏR

28 Mart 2024