• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Beynəlxalq Sosial Məsuliyyət Forumu işə başlayıb

DÜNYA

29 Oktyabr 2024 | 15:07 | Müəllif: Əli Hüseynov

Beynəlxalq Sosial Məsuliyyət Forumu işə başlayıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 2024-cü il Beynəlxalq Sosial Məsuliyyət Forumu işə başlayıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla məlumat verir.

Bildirilib ki, tədbirdə bir çox nazirlər, özəl şirkətlərin baş direktorları, yerli və beynəlxalq səviyyələrdə şirkətlərin sosial məsuliyyəti sahəsində qərar qəbul edən şəxslər, ekspertlər iştirak edirlər.

Forumun açılış nitqi ilə çıxış edən Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Naziri Əhməd bin Süleyman əl-Racihi deyib: 

“Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz adından sizi Forumun açılışında salamlamaqdan şərəf duyuram".

Səudiyyə Ərəbistanının sosial məsuliyyət sahəsində qlobal bir hadisə və dialoq platforması olmağı, təcrübə və baxışları paylaşmağı və bu təşkilat vasitəsilə problemləri müzakirə etməyi hədəflədiyini ifadə edən Racihi qeyd edib:

"Əlaqələrin genişləndirilməsi və həll yollarının tapılması mütləq əhəmiyyət kəsb edir".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026