“Birbank” mobil tətbiqinin fəaliyyətindəki çətinliklər aradan qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə tətbiqin sosial şəbəkə hesabında bildirilib.
“Dəyərli Birbanklılar, komandamız mobil tətbiqimizdəki çətinlikləri aradan qaldırıb. Tezliklə tətbiq tam şəkildə bərpa olunacaq. Narahatlığınızı başa düşür və anlayışınıza görə təşəkkür edirik”, – paylaşımda qeyd olunub.
***
27.01.2025
21:23
Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Bu barədə Bakıvaxtı.az-a bankdan bildirilib.
"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.
Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.
Müştərilərimizə anlayışları üçün təşəkkür edirik", - deyə məlumatda qeyd olunub.
















