• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Birinci Qarabağ müharibəsinin şəhidi Mirzəli Quliyev dəfn edilib 

CƏMİYYƏT

26 Sentyabr 2024 | 16:05

Birinci Qarabağ müharibəsinin şəhidi Mirzəli Quliyev dəfn edilib

Qalıqları Xocavənd-Ağdam rayonlarının inzibati sərhədində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəli Müslət oğlu Quliyevlə Xocavənd rayonunda keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Xocavənd rayonu Qaradağlı kəndi Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Xocavənd Rayon Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mirzəli Müslət oğlu Quliyev 1952-ci il aprelin 15-də Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində itkin düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026