• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev dəfn edildi

CƏMİYYƏT

26 Sentyabr 2024 | 15:16

Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev dəfn edildi

Qalıqları Ağdərə rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR