• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"Bitcoin" KƏSKİN UCUZLAŞDI

İQTİSADİYYAT

09 Aprel 2025 | 10:07

"Bitcoin" KƏSKİN UCUZLAŞDI

Aprelin 9-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb.

Bakıvaxtı.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:45-də “CoinMarketCap” platformasında 3.98% ucuzlaşaraq 76 536 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.19% azalaraq 1455 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 4.32%, BNB isə 2.65% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026