• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

BMT-nin baş katibi: "Rəfaha qurudan hücum olunması qəbuledilməzdir"

SİYASƏT

07 May 2024 | 10:15

BMT-nin baş katibi: Rəfaha qurudan hücum olunması qəbuledilməzdir

"Rəfaha qurudan edilən hücum dəhşətli humanitar nəticələrə gətirib çıxaracaq və regionda sabitliyi pozacaq".

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İtaliya prezidenti Sercio Mattarella ilə ikitərəfli görüşü zamanı deyib.

İsrail və HƏMAS-a razılığa gəlməklə bağlı çağırış etdiyini xatırladan Quterreş hesab edir ki, Rəfaha hücum olunması daha ağır nəticələrə səbəb olacaq. 

Qeyd edək ki, ötən gün İsrail ordusu məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib. Təxliyyə edilməli olan Rəfahın şərqindəki bölgədə təxminən 100 min fələstinli yaşayır.İsrailin bu xəbərdarlığından sonra bölgənin şərqində məcburi köç başlayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2024