• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

BoE-dən daha çox faiz artımı siqnalları

DÜNYA

04 Avqust 2023 | 14:52

BoE-dən daha çox faiz artımı siqnalları

"Faiz dərəcəsinin pik həddə çatdığını söyləmək hələ tezdir".

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İngiltərə Bankının qubernatoru Andrew Bailey ardıcıl 14-cü dəfə siyasət faizinin 35 baza bəndlik hərəkətlə artırılmasına münasibət bildirərkən deyib.

Faiz qərarından sonra təşkil edilən mətbuat konfransında Bailey bildirib ki, dəlillər əvvəl bir tərəfə, sonra isə başqa bir tərəfə gedib: "Ona görə də hər şeyin bitdiyini elan etməyin vaxtı olduğunu düşünmürəm. Bunu açıqlamağın vaxtı deyil”.

Onun sözlərinə görə, əmək haqqı inflyasiyasının gözləniləndən yüksək olması, güclü inflyasiyanın təsirinin əvvəllər düşünüldüyündən daha uzun sürə biləcəyini göstərir. "Bizim fikrimizcə, əmək haqqı inflyasiyasında baş verən sürprizlər göstərir ki, 2021 və 2022-ci illərdə bir çox idxalın qiymətlərinin kəskin artmasına cavab olaraq axın təsirlərinin aradan qaldırılması üçün daha uzun vaxt lazımdır".

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026