İsrail hökumətinə və onun məhkəmə islahatları planına qarşı şənbə gecəsi keçirilən etiraz aksiyalarının təşkilatçıları aksiyada 10 minə yaxın insanın iştirak etdiyini bildiriblər.
Bakıvaxtı.az xəbər verir ki, təkcə Təl-Əvivdə 5 minə yaxın nümayişçi toplaşıb.
Böyük aksiyalar İsrailin digər şəhərlərində də keçirilib.
Nümayişçilər mütəmadi olaraq hakim sağçı koalisiyanın məhkəmə sistemində islahatlar planına etiraz edirlər.
















