Bolqarıstan artıq Ukraynaya silah göndərməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bildirib.
Stoyanov mətbuat konfransında deyib: "Biz artıq Ukrayna münaqişəsinin döyüş meydanında həll olunmayacağını açıq şəkildə bildirmişik. Biz amansız bir müharibənin şahidi oluruq və nə qədər silah toplansa da, yeganə nəticə insan itkiləri olacaq. Danışıqlar masasına oturmağın vaxtıdır".
Stoyanov Ukraynaya yardımı dayandırmaqla yanaşı, hökumətin Bolqarıstanın müdafiə xərclərini ÜDM-in 5 faizinə (NATO tərəfindən tələb olunan göstərici) çatdırmaq planını da açıqlayıb.
Bakı 



